Kəmaləddin Heydərov millinin üzvləriylə nə danışdı? - FOTOLAR

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir. Sportinfo.az xəbər verir ki, bu yarışlarda milli komandamız 12 taekvondoçu ilə təmsil olunur və ötən günlərin nəticəsinə görə komandamızın üzvləri yeddi medala sahib olub.

 

Yarışlar başlanan gündən taekvondoçuların çıxışlarını izləmək üçün Bakı İdman Sarayına tərşif buyuran Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov mill komandamız ilə görüşüb.

 

Hər zaman idmançılara diqqət və qayğı göstərən cənab nazir milli komandamızın məşqçiləri və idmançıları ilə səmimi söhbət edərək komandanın son iki gün ərzində qazandıqları uğura görə təbrik edib. Hər zaman onlara dəstək olduğunu bildirərək növbəti yarışlarda da komandamıza bol şanslar arzulayıb.

 

Federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, o cümlədən məşqçilər və idmançılar əldə olunan nailiyyətlərin idmana göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayaraq təşəkkürlərini bildiriblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

 

Tarix: 18 May 14:12    Oxunub: 413    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Avqust 2017
20 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.