Yenicə ailə həyatı qurdu, “Qarabağ”dan vətəninə döndü

“Qarabağ”da növbəti ayrılıq baş tutub. Qapıçı Halit Oğuzhanla yollar ayrılıb. Bu barədə məlumatı türkiyəli “əlcək sahibi“ öz şəxsi sosial şəbəkə hesabında verib: “Düz 4 il. Hələ 19 yaşımda gəlib, ailəmdən uzaq və pis günlər keçirdiyim, yaxşısı, pisi bir çox insanı tanıdığım, mənə bir çox şey öyrədən, xəyalımdakı stadionları, komandaları yaxından tanımağımı reallaşdıran, işimdə mənə hər zaman dəstək verən və gözəl xatirələrlə dolu olan yerə vida zamanıdı. Qılıncın hər zaman iti olsun, “Qarabağ”.


Ağdamlılar daha öncə Boyan Şaranov və Vüqar Nadirovla da yolları ayırıb. Oğuzhan daha çox “Qarabağ”ın əvəzedici komandasında çıxış edirdi və bu mövsüm 2 qızıl medal almışdı. Sportinfo.az-ın məlumatına görə, o, yenicə ailə həyatı qurub və vətəninə qayıtmağı qərara alıb. 

Tarix: 18 May 12:36    Oxunub: 516    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.