"Qazanmağa məcburuq, biz daha yaxşıyıq, çempion olmaq istəyirik" - Kriştiano Ronaldo

İspaniya La Liqasının 21-ci turundan təxirə salınmış oyununda səfərdə “Selta”nı məğlub edərək (4:1) yenidən liderliyə yüksələn “Real”ı çempionluqdan bir addım ayırır. “Kral klubu” son turda səfərdə “Malaqa”yla heç-heçə oynasa, mövsümü çempion kimi başa vuracaq. 

 

Sportinfo.az xəbər verir ki, Viqodakı matçda komandasının qələbəsinə 2 qolla töhfə verən Kriştiano Ronaldo yerli mətbuata açıqlamasında “Malaqa” ilə səfər oyununa qələbə üçün çıxacaqlarını deyib: “Sonuna qədər irəliləmək istəyirik.

 

Yaxşı formadayıq, lakin “Malaqa”nın evində güclü olduğunu bilirik. Buna baxmayaraq, qazanmağa məcburuq. Hədəf həmişə qələbə qazanmaqdı və bunu bacaracağıq. Yaxşı komandadılar, lakin biz “Real”ıq. Biz daha yaxşıyıq və çempion olmaq istəyirik”.

Tarix: 18 May 09:48    Oxunub: 164    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.