Türkiyə millisini seçən Kərəm son anda qərarını dəyişdi

Türkiyə millisində oynamağa razılıq verən “Hoffenhaym”ın futbolçusu Kərəm Dəmirbay son anda qərarını dəyişib. Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu Almaniya millisində oynamağa qərar verib. O, açıqlamasında fikirlərini belə izah edib:

 

“Yoahim Löv tərəfindən Almaniya millisinə dəvət aldığım üçün özümü xoşbəxt hiss edirəm. Almaniyada doğulmuşam və bu ölkənin millisinin formasını geyinmək qürurvericidir. Mənim uşaqlıq xəyalımı gerçəkləşdirən hər kəsə təşəkkür edirəm”.
 
Almaniya millisinin baş məşqçisi Yoahim Löv isə Dəmirbay haqda bunları deyib: “Dəmirbay möhtəşəm bir mövsüm keçirdi. O, fantastik ötürmə verməyi bacaran oyuçudur. Onunla uzun müddətdir ki, danışıq aparırdıq. Kərəm Türkiyəni yox, Almaniyanı seçdi. Biz bu qərara görə çox xoşbəxtik”.

Tarix: 18 May 09:36    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.