"Yuventus" İtaliya Kubokunu IIX dəfə başı üzərinə qaldırdı - VİDEO

"Yuventus" tarixində 12-ci dəfə İtaliya Kubokuna sahib olub. Sportinfo.az xəbər verir ki, Turin klubu Romadakı "Olimpiko" stadionunda keçirilən final matçında "Latsio"nu 2:0 hesabı ilə məğlub edib. Qolları 12-ci dəqiqədə Dani Alveş, 24-cü dəqiqədə isə Leonardo Bonuççi vurub. 


Bu, "Yuventus"un ardıcıl 3-cü ölkə kuboku olub. Əvvəllər isə Turin klubu 1937/1938, 1941/1942, 1958/1959, 1959/1960, 1964/1965, 1978/1979, 1982/1983, 1989/1990, 1994/1995 mövsümlərində bu mükafata yiyələnib.

 

"Yuventus" İtaliya çempionatında 85 xalla liderdir. Üstəlik, bu komanda iyunun 3-də Çempionlar Liqasının finalında İspaniya "Real Madrid"i ilə üz-üzə gələcək. 

 

Tarix: 18 May 08:48    Oxunub: 102    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.