"Bir səhv mənə baha başa gəldi, çempionluq gözləyirdim"

"Mən də digərləri kimi çempion olacağımı gözləyirdim. Amma bir səhv mənə baha başa gəldi" - Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində bürünc medal mükafatçısı Rəsul Çunayev deyib.


Onun sözlərinə görə, hesabda öndə olması onu arxayın salmayıb: "Mən Oyunlara çox yaxşı hazırlaşmışdım. Hətta deyə bilərəm ki, rəqiblərimdən bir baş üstün idim. Gördüyünüz kimi, iranlı idmançıya 5:0 hesabı ilə qalib gəlirdim. Amma özüm fənd işlətmək istədim, amma əks-fəndə düşdüm".


İslamiadanın bürünc mükafatçısı gələcək planlarından da danışıb: "Mənim üçün hər bir medal əzizdir, o cümlədən bürünc medal. Çünki bu medalı qazanmaq üçün tər tökürəm. Dünya çempionatına hazırlaşıram və orada bu səhvimi təkrar etməməyə çalışacağam".

Tarix: 18 May 08:36    Oxunub: 165    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.