Bir neçə funksioner istefaya getdi - Yeni qarşıdurma yarandı

FİFA-da bir neçə funksioner istefaya gedib. Sportinfo.az xəbər verir ki, FİFA-nın idarə komitəsinin üzvləri Navi Pilleylə Ron Popper istefaya gediblər. Onlar komitə rəhbəri Migel Maduranın istefasına etiraz əlaməti olaraq, postlarını tərk ediblər.

 

Migel Madura təşkilata FİFA prezidenti Canni İnfantino tərəfindən dəvət edilmişdi. O, təşkilatın zədələnmiş imicini bərpa etməliydi. Ancaq Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko ilə bağlı verilən qərar Migelin istefasına səbəb olub.

 

Komitə Mutkonun Rusiya hakimiyyətində siyasi post tutduğunu nəzərə alaraq, onun FİFA Şurasına namizədliyini irəli sürməsinə icazə verməmişdi. FİFA-nın yüksək vəzifəli şəxsləri Maduraya xəbərdarlıq etmişdilər ki, bu qərar Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxaracaq. Ancaq o, qərarından dönməmişdi və nəticədə istefaya göndərildi. Artıq FİFA-da yeni qarşıdurmanın yarandığı bəllidi. FİFA prezidenti Canni İnfantinonun bundan sonra hansı addımları atacağı maraq doğurur.

Tarix: 18 May 12:12    Oxunub: 120    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.