Ramil Şeydayevi düşünmürlər

"Trabzonspor" icarəyə verdiyi oyunçuları heyətdə düşünmür. Sportinfo.az xəbər verir ki, "bordo-mavililər" mövsümün sonunda icarə müqaviləsi başa çatan futbolçuları transferlərdə istifadə edəcək. Trabzon təmsilçisi "Osmanlıspor", "Konyaspor" və "Alanyaspor"dan istədiyi futbolçuların əvəzinə pul və icarə müqavilələri başa çatan oyunçuları təklif edəcək.
 
"Trabzonspor"un çalışdırcısı Ərsun Yanal qış fasiləsində "Jilina"ya 1,5 illik icarəyə verilən Şeydayevi heyətdə düşünmür. Millimizin üzvünün icarə müddəti başa çatdıqdan sonra komandadan ayrılacağı dəqiqdir. Ramil Slovakiya çempionatında 10 oyun keçirib və 3 qol vurub.

Tarix: 18 May 11:48    Oxunub: 348    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 May 2017
28 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.