Dostu Federikonu aldadıb!

Mövsüm başa çatan kimi “Kəpəz”dən ayrılan Dario Federikonun işi yenə düz gətirmir. “Qəbələ” xidmətində maraqlı olsa da, Yaponiyadan daha cəlbedici təklif aldığını bildirən braziliyalı bundan imtina etmişdi.

 

Deyilənlərə inansaq, Federiko karyerasını yenidən “Kəpəz”də davam etdirəcək. Hətta bununla bağlı klub rəhbərliyi ilə futbolçu arasında yeni müqavilənin şərtləriylə bağlı müzakirələr aparılır. "Zirə"nin də gündəmində olan hücumçunu dost aldadıb.

 

Sportinfo.az-ın məlumatına görə, vaxtilə Yaponiyada çıxış edən, hazırda isə yerli klubların birində rəsmi vəzifə daşıyan həmyerlisi Federikonu bu ölkəyə gətirəcəyini vəd etsə də, indi ortalıqdan yox olub. 

 

Cənubi amerikalının meneceri Vaqif Heydərli isə bildirib ki, Darionun məsələsində yenilik yoxdu: «onun taleyinə mayın 20-dək aydınlıq gəlməlidi. Yaponiya klubu ilə danışıqlar davam etdirilir. Bu gün üçün “Kəpəz” və “Qəbələ” variantları real deyil”.

 

Tarix: 18 May 11:36    Oxunub: 614    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.