Millimizin aparıcı siması çox pis xəbər aldı: "MEYVƏLİ DOPİNQ"ə görə

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Sportinfo.az-ın məlumatına görə, Əsgərovun adı Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb.


Yarışlardan kənarda götürülmüş dopinq-test nəticəsində onun orqanizmindən higenamin preparatı tapılıb. Bu preparatın ABŞ və Avropa Birliyi ölkələrində istifadəsi qanuni sayılır. Çəkini qorumaq məqsədilə istifadə olunan dərman vasitəsi bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunub.

 

Onun Əsgərovda nə vaxt və hansı şəraitdə tapıldığı barədə məlumat verilmir. Yalnız o məlumdur ki, 25 yaşlı idmançı 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub. Bu səbəbdən, Əsgərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək güləşçilər arasında yer almayacaq.

 

Siyahıya Azərbaycanın daha 3 güləşçisi də düşüb. Yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 2 il - 9 noyabr 2018-ci ilədək, gənclər arasında dünya çempionatında stanozolol metabolites tapılan Zubair Dibilov 4 oktyabr 2020-ci ilədək, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalacaq.

Tarix: 18 May 11:00    Oxunub: 395    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.