"Bundan sonra ailəmi dolandırmaq üçün döyüşəcəm"

"Final döyüşüm çox uzun çəkdi, sonda qızıl xalla qalib gəldim. Sabah da digər taekvondoçularımız yarışacaq. Onlara da uğurlar arzulayıram" - Sportinfo.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev deyib.


İsayev yeni titulundan əlavə, Avropa, dünya, olimpiya çempionluğu və "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanıb. 87 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu bildirib ki, mümkün olan bütün titulları qazanmasına baxmayaraq, qarşıdakı yarışlara da ciddi hazırlaşacaq:

 

"Bəli, mümkün olan bütün titulları qazanmışam. Bundan sonra motivasiyam ailəmi dolandırmaq üçün döyüşməkdir. İkiqat olimpiya çempionu olaraq, ilkə imza atmaq? Bunu Allah bilir necə olacaq".

Tarix: 18 May 10:48    Oxunub: 306    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.