“Milan” İsveçrə millisinin üzvünə 15 milyon avro ödəyəcək

“Milan” heyətini yeni futbolçuyla gücləndirib. Sportinfo.az xəbər verir ki, “rossonyerlər” “Volfsburq”un sol cinah müdafiəçisi Rikardo Rodriqeslə anlaşıb. Bu barədə məlumatı “Sky İtalia” yayıb. Xəbərdə İtaliya klubunun rəhbərliyinin “canavarlar”ın rəsmiləriylə tam razılığa gəldiyi, tezliklə transferin açıqlanacağı qeyd edilib.

 

“Milan” İsveçrə millisinin üzvü üçün “Volfsburq”a 15 milyon avro ödəyəcək. Müdafiəçinin “rossonyerlər”in heyətindəki çıxışından asılı olaraq, bu məbləğ 3 milyon avro arta bilər. 25 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 36 matçda 3 qol vurub.

Tarix: 18 May 10:24    Oxunub: 165    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.