"Qəbələ"nin İslamiada "qızıl"ı

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Milad Beiqi Harçeqani növbəti uğurunu qazanıb. Sportinfo.az xəbər verir ki, idmançımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında fərqlənib.

 

80 kq çəki dərəcəsində çıxış edən taekvondoçumuz yarışa 1/4 finaldan başlayıb. Avropa Oyunlarının qızıl, Olimpiadanın bürünc mükafatçısı olan Milad Məcid Almabrukunu (Səudiyyə Ərəbistanı) asanlıqla məğlub edib - 21:2. 

 

Yarımfinalda da iranlı Əlirza Dərvişpurla görüşən təmsilçimiz yenə ciddi müqavimətə rast gəlməyib və 24:4 hesabı ilə qalib gəlib. İdmançımız finalda Türkiyə taekvondoçusu Yunus Sarı ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 9:5 hesablı qələbə qazanan Harçeqani İslam Həmrəyliyi Oyunlarını qızıl medalla başa vurub.

Tarix: 18 May 00:53    Oxunub: 83    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 May 2017
28 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.