"Narahat olmayın, heç yerə getmirəm - bunu mən də eşidirəm"

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino komandadan ayrılacağı ilə bağlı iddialara cavab verib. Sportinfo.az xəbər verir ki, argentinalı çalışdırıcı "Sky Sports"a açıqlamasında komandadan ayrılmayacağını deyib.

 

2014-cü ildən London klubunu çalışdıran Poçettino bu mövsümdə komandaya Premyer Liqada tarixinin ən yüksək nailiyyətini - gümüş medalları qazandırıb: “Müqaviləmdə ayrılmaq üçün hansısa məbləğlə bağlı bir maddə yoxdu.

 

Başqa komandaya keçəcəyimlə bağlı söz-söhbətləri mən də eşidirəm, ancaq azarkeşlərə bildirmək istəyirəm ki, burdan getməyim üçün heç bir səbəb yoxdu. Narahat olmayın, heç yerə getmirəm. Yeni mövsümə hazırlıqlar yayda başlayacaq və siz də məni komandamın başında görəcəksiniz”.

Tarix: 18 May 00:40    Oxunub: 231    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.