"Bir qədər yorğun olsam da, qalib gəlməyə çətinlik çəkmədim"

"Döyüşlər çətin deyildi, amma rəqiblər yaxşı idi" - Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Patimat Abakarova deyib. 49 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançı bildirib ki, final görüşündə bir qədər yorğun olsa da, qalib gəlməyə çətinlik çəkməyib.

 

O, qələbəni ailəsinə həsr etdiyini söyləyib: "Yarışa yaxşı hazırlaşdım və ciddi yanaşdım. İslamiadada atmosfer Yay Olimpiya Oyunlarında olduğu kimidir. Azarkeşlər qızıl medal gözləyirdi. Buna nail olduğum üçün sevinirəm. Qələbəmi ailəmə, məşqçilərimə həsr edirəm. Federasiyamıza minnətdarlığımı çatdırırıam".

Tarix: 18 May 00:34    Oxunub: 116    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.