Bu, Rəsul Çunayevdən gözlənilmirdi - Xoş olmayan sürpriz

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Orxan Nuriyev qızıl medal qazanıb. Sportinfo.az xəbər verir ki, 98 kq çəki dərəcəsində yer alan Nuriyev finalda qırğızıstanlı Uzur Cuzurbekovu yenib - 5:0. Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri günü 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar. 

Rafiq Hüseynov gümüş medal qazanıb. 80 kq çəki dərəcəsindəki pəhləvan finalda iranlı Yusef Qaderiana uduzub. O, görüşün gedişində hesabda öndə olsa da, Qaderian sonuncu xalı qazandığı üçün qızıl medala yiyələnib.

 

Rəsul Çunayev bürünc medal qazanıb. 71 kq çəki dərəcəsində yer alan Çunayev son təsəlliverici görüşdə türkiyəli İlker Sönmezi 4:1 hesabı ilə yenib. Murad Məmmədov bürünc medal qazanıb. 59 kq çəkidə çıxış edən Məmmədov son təsəlliverici görüşdə iordaniyalı Mostafa Sultan Rayek əl-Qadeni məğlub edib - 8:0. 

59 kq
Bürünc medal görüşü: Murad Məmmədov - Mostafa Sultan Rayek əl-Qade (İordaniya) - 8:0
1/2 final. Murad Məmmədov - Kanıbek Jolçubekov (Qırğızıstan) - 3:5
1/4 final. Murad Məmmədov - Mohammad Nurbaxş (İran) - 10:4


71 kq
Bürünc medal görüşü: Rəsul Çunayev - İlker Sönmez (Türkiyə) - 4:1
1/2 final. Rəsul Çunayev - Məhəmmədəli Gərayi (İran) - 5:6
1/4 final. Rəsul Çunayev - Akrem Bucemlin (Əlcəzair) - 8:0 (vaxtından əvvəl qələbə)


80 kq
FİNAL. Rafiq Hüseynov - Yusef Qaderian (İran) - 1:1
1/2 final. Rafiq Hüseynov - Başir Sid Azara (Əlcəzair) - 10:1
1/4 final. Rafiq Hüseynov - Atabek Azisbekov (Qırğızıstan) - 5:1


98 kq
FİNAL. Orxan Nuriyev - Uzur Cuzurbekov (Qırğızıstan)
1/2 final. Orxan Nuriyev - Rustam Assakalov (Özbəkistan) - 5:0
1/4 final. Orxan Nuriyev - Tayab Raza (Pakistan) - 9:0
Heydər Əliyev adına Arena

Tarix: 18 May 00:08    Oxunub: 232    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.