Dubayın məşhur şeyxi daha bir azərbaycanlı qızla... - FOTO

Aparıcı Xəyalə Hüseyn məşhur ərəb şeyxi ilə foto çəkdirib. Sportinfo.az xəbər verir ki, "Mag” və "Fit” verilişlərinin aparıcısı olan Xəyalə Hüseynli "Bakı 2017 İslam Həmrəyliyi Oyunları”nın fəxri səfiri seçilən Şeyx Səid əl-Məktumla görüşüb.

 

Bu il milli yığma komandada Azərbaycanı atıcı olaraq təmsil edən aparıcı Xəyalə Hüseyn yarışlarda Səid əl-Məktumla şəkil çəkdirmək fürsətini əldən verməyib. Dubaylı monarx keçən il azərbaycanlı bədii gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı ilə ailə qurub. Z.Cavadalı şeyxin sayca 3-cü həyat yoldaşıdır.

 

Atasından 16 milyard dollar sərvət qalan Səid əl-Məktum idman sahəsində böyük nailiyyətlər əldə edib. O, 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Səid əl-Məktumun "Əl-Şabab” adlı şəxsi futbol klubu, beynəlxalq dərəcəli at yarışlarında iştirak etmək üçün nəzərdə tutulan qaçış atları kolleksiyası var.

 

Tarix: 17 May 19:48    Oxunub: 868    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.