“Səbail” köçdü və Samir Əliyevin qarşısına məqsəd qoydu

“Səbail” bu gün yeni ofisinə köçüb. Premyer Liqanın debütantı “Bayıl Arena”da məskunlaşıb. İslam Həmrəylik Oyunları çərçivəsində sözügedən məkandan istifadə olunması Bakı təmsilçisinin planlarını qismən pozsa da, artıq bu yöndə ciddi problem qalmayıb. "Şirlər" elitaya yüksələndən sonra ilk toplanışını AFFA-nın binasında keçirmiş, Əliyevin baş məşqçi postuna gətirilməsi həmin iclasda rəsmiləşmişdi.

 

Paytaxt təmsilçisi iyunun ilk günlərindən hazırlıqlara start verəcək. Toplanışın ilk mərhələsi “Bayıl Arena”da keçəcəksə, daha sonra “Səbail” ölkə xaricinə üz tutacaq. Hansı ölkəyə yollanacaqları hələ müəyyənləşdirməsə də, 4-6 yoxlama görüşü keçirməklə, çatışmazlıqları aradan qaldırmağa çalışacaqlar. 


Hazırlığın ikinci mərhələsinin dəqiq zamanı bəlli deyil. Bunun da səbəbi növbəti mövsümün nə vaxt start götürməsinin bilinməməsidi. Çempionat ənənəvi olaraq avqustun ilk həftəsində başlasa, debütant ölkə xaricinə iyulun ortalarında yollanacaq. Çempionat avqustun sonunda başlayacaqsa, Əliyev komandasını ölkə xaricinə həmin ayın ilk yarısında aparacaq. 


Sportinfo.az-ın məlumatına görə, rəhbərliyin gənc çalışdırıcı ilə son söhbətində yeni mövsümlə bağlı məqsədlər dəqiqləşdirilib. Belə ki, "şirlər" Premyer Liqadakı ilk ilində medallar uğrunda mübarizə aparmayacaq. Əliyev komandanı elitada saxlayacağını vəd edib. O, bunun üçün idarəçilərdən sərbəstlik istəyib və söz alıb.

Tarix: 17 May 19:00    Oxunub: 745    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.