"Portuqaliyanın 1-ci və 2-ci liqa klubları ilə görüşlər keçirmişəm"

Portuqaliyanın aşağı dəstəsində mübarizə aparan “Uniao Desportiva”nın “feysbuk” səhifəsi azərbaycanlıların “hücumuna” məruz qalıb. Buna səbəb isə Vaqif Heydərlidi. Belə ki, səhifədə Portuqaliya klubunun prezidentinin FİFA meneceri ilə şəkli yer alıb ki, burda ona üzərində “Vaqif Heydərli” yazılmış futbolka hədiyyə olunub. Şəklin altına isə bu sözlər yazılıb: “Bu gün klubumuzu 2016-cı ildə Azərbaycanda “ilin agenti” seçilmiş Vaqif Heydərli ziyarət edib”.


O, Sportinfo.az-a açıqlamasında bildirib ki, burda qeyri-adi heç nə yoxdu, adi yoldaşlıq münasibətinin yaratdığı mənzərədi. Mayın 5-dən Portuqaliyada səfərdə olduğunu deyən agentin sözlərinə görə, bu müddətdə 20 oyun izləyib. Həm birinci, həm də ikinci liqadan. “Uniao Desportiva” da oyunlarını izlədiyi komandalardan biriydi. Həm də burda tanıdığı insanlar var:

 

"Portuqaliyanın 1-ci və 2-ci liqa klubları ilə bir sıra görüşlər keçirmişəm. Qarşılıqlı əməkdaşlıq barədə söhbətimiz olub. İndi isə İtaliyadayam, forumda iştirak etməyə gəlmişəm. Daim istəmişəm və indi də çalışıram ki, futbolçularımızı ölkə xaricinə çıxarım. Bu, Budaq Nəsirovda alındı. Məqsədim Portuqaliyadakı təmsilçilərimizin sayını artırmaqdı".

 

Heydərlinin dediyinə görə, Lissabonda Budaq Nəsirovla görüşüb, "Sportinq" rəsmiləri ilə fikir mübadiləsi aparıb. Millimizin yarımmüdafiəçisini ötən yay Portuqaliya klubuna gətirən FİFA meneceri onunla bağlı son yenilikdən də bizi agah edib:

 

"Oyununa baxdım, elə orda görüşüb, danışdıq. “Akademika” ilə oyunlarına da gedib baxdım. Ondan sonra Portuya getmişdim, ətraflı söhbətləşmək imkanı olmadı. Budağın “Sportinq”lə müqaviləsi davam edir. Kontraktı hər mövsüm uzadılmaq şərti ilə 5 illikdi. Bəzi təklifləri var. 

 

Mövsüm başa çatsın, vəziyyətə uyğun addım atacağıq. Bir neçə səbəbə görə. "Sportinq"in baş məşqçisi 2 ay əvvəl dəyişib. Hələ görək onun gələcəyi necə olacaq, qalacaq, ya qalmayacaq. "Sportinq" Budağı başqa bir Avropa ölkəsinə göndərə, Portuqaliyanın özündə "x" kluba icarəyə verə də bilər. Ən uyğun variant nədisə, onun da üzərində dayanacağıq".

Tarix: 17 May 18:48    Oxunub: 506    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.