Gecə həyatından imtina etsə, Qurban Qurbanov onu bağışlayarmı?

Qış fasiləsində "Qarabağ"dan Türkiyənin "Adanaspor" klubunda transfer olunan Reynaldo gözlənilənləri vermədi. Onun yeni komandası Super Liqa ilə artıq vidalaşıb. Braziliyalı hücumçunun hazırda işləri qaydasında getmir. 27 yaşlı forvard 8 oyunda meydana çıxıb və qol vura bilməyib.
 
Aşağı liqaya düşəcəyi dəqiqləşlən "Adanaspor" mövsüm başa çatan kimi radikal dəyişikliklər edəcək. Heyətdən bir çox futbolçular uzaqlaşdırılacaq və bəziləri transferə çıxarılacaq. Reynaldonun uğursuz çıxışından sonra "Adanaspor"dan ayrılacağı gözlənilir. Braziliyalı karyerasını yenidən ölkəmizdə ya da Türkiyə klublarının birində davam etdirə bilər.


2013/17-ci illərdə "Qarabağ"da çıxış edən "sambaçı" 500 min avro qazandırdığı keçmiş klubuna qayıtmaq istəyir. Təbii ki. icarə əsasında. Sportinfo.az-ın məlumatına görə, o, artıq öz xahişini Qurban Qurbanova çatdırıb. Təcrübəli çalışdırıcının buna bəribaşdan "yox" cavab verməməsi Reynaldonu bir qədər də ümidləndirib.


Qurbanov onda qarşı güclü inamsızlıq yaranıb. Bu da cənubi amerikalının nizam-intizam sarıdan axsaması, idman rejiminə bəzən riayət etməməsi və gecə həyatına aludə olmasıyla əlaqədardı. Reynaldnun son 2-3 ildə mütəmadi olaraq zədədən əziyyət çəkməsinin bir səbəbi də budu, biləsiz.

 

Tarix: 17 May 18:12    Oxunub: 796    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.