"Yanvarda oynayacaq və bizim cokerimiz ola bilər, mən ona inanıram”

“Lester”in baş məşqçisi Klaudio Ranyeri komandanın hücumçusu Ahmed Musa barədə danışıb. Sportinfo.az xəbər verir ki, Ranyeri yanvar ayında İngiltərə Premeyer Liqasında həlledici dönəmin olacağını deyib. Həmin vaxt bir çox futbolçular Afrika Millətlər Kubokuna yollanacaqlar. Ranyeri hesab edir ki, Musa yanvarda komandanın cokeri ola bilər:

 

“Biz İngiltərə futbolunda həlledici dönəmə yaxınlaşırıq. Yanvarda Mareza və Slimaninin xidmətlərindən yararlana bilməyəcəyik. Onlar Afrika Millətlər Kubokuna yollanacaqlar. Nigeriya final mərhələsinə vəsiqə əldə edə bilmədiyi üçün Musa bizimlə qalacaq. O, yüksək səviyyəli futbolçudu. Yanvarda o, oynayacaq və bizim cokerimiz ola bilər. Mən ona inanıram”.

Tarix: 21 Dekabr 00:08    Oxunub: 345    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.