Rəqsanə qızına elçi də tapdı, "Neftçi" hələ öz oyununu tapmadı?

Tarix:  02.01.14 [19:01]          Oxunub:  410 dəfə          Yazar:  Sportinfo.Az

Nazim Süleymanov getmişdi "Neftçi"yə ki, kabab yesin. Gəldi gördü ki, paho, kabab nədi, kababın heç "k" hərfini də təklif eləmirlər gələnə. Uç məğlubiyyətə üzülən Sulyanın perspektivini vurğulamağa dəyməz. AZAL-ın da qabağından yedi, perspektiv hardan olsun? O olsun ki, getsin. Hamıdan qabaq. Bu yaşadək saç-saqqalı ağarmayıb, qaldığı müddətdə qara tükü qalmayacaq. Ağ tük? Bu da çətin ola onda.

 

 

Tük məşqçidə anadangəlmə olmalıdı. Bu, başa tük əkdirmək deyil ki, dazlaşmanın önünü alasan. Tük bədənin müvafiq yerindən çıxmalıdı. Böyükağa Hacıyevin təpəsində bir dənə tük qalmamışdı, amma gördüz də, oyunlardan neçə çıxırdı. Tük həmişə köməyinə gəlirdi. Hərdən dartıb birini yandırırdı, "Neftçi" də udurdu. Süleymanov ya bu vərdişdən uzaqdı, ya da bixəbərdi. Şimali Osetiyaya urvatsız sürgün olunub, "Şöhrət"lə qayıdan Nazim bəy əgər Valeri Qazzayevdən bu yeniliyi də görüb-götürməyibsə, ona mənim, bir qeyrisinin "Zəif"in çığırıyla hərəkət etməyi məsləhət görməsi yersizdi. Mütləq özü düşünməli, düşünməyə gecikirsə, ayrılmağa tələsməlidi. Ayılmaq dünəndə qaldı, sabaha baxmalıdı.

 


Səhv ünvan seçmisiz, Süleymanov! Sizdən Cəlal, sizə yol göstərənlədən Gəray bəy olmaz. Humay sağdı, o, sizə bəsdi? AZAL-da bəs edərdi, çünki Şüvəlanda yalnız Vaqif Qasımovla vuruşurduz. Dostunuz və düşməniniz yalnız o idi. Əmin idiz ki, yaxşı da eləsə, o, eləyəcək, pis də eləsə, o, eləyəcək. "Neftçi"də bilə bilməzsiz ki, dostunuz kimdi, düşməniniz kim. Buralar tünlükdü, hər ağızdan bir avaz gəlmir, iy gəlir. Pis iy. Ödləri zəhərlənmişlərin yanıda olmaq hələ çempionluq vəd eləmir. Ən azı, sizinlə vəd eləmir. Sizə onu vəd eləyə bilərəm ki, heç kim gəlib "Neftçi"nin çempionluğunu arzulamadığını açıqlamayacaq.

 


Arzulamayanlardan biri mən, deyirəm, önəmlidi? Buyur, get, rəhbərinə de! De ki, Mirhüseyn "Neftçi"nin çempionluğunu istəmir, o da qoçularını göndərsin redaksiyaya, komputerləri sındırsınlar. Sonra bəs? Bu nə oyundu, oynayırsız? "Neftçi" bəyəm oyun oynayır? Heç "Qanqamstar" da oynamır

 

 

Özünüzə umac ova bilmirsiz, özgələrinə ərişətə kəsirsiz! Futbolçular sizi sayır, məşqçi yerinə qoyur? Hər oyunda "qırmızı", penalti. Hərdən inanmağım gəlmir ki, bu, "Neftçi"di. Belə "Neftçi" olar? Aygün Kazımovanın İlqarəsi özünə sevgili də tapdı, Rəqsanə qızını verməyə elçi də tapdı, "Neftçi" hələ öz oyununu tapmadı? Çox gecikirsiz, Süleymanov! Dədə sizi gözləmir, gedir. Bu gethageddə bir də ayılacaqsız ki, gecdi, özünüz də tapılmadız. Sizi elə yox eləsinlər ki! Sizdən öncəkiləri yox elədikləri kimi.

 


Məşqçiyə müddət verməzlər. "Neftçi"də heç verməzlər. Gəldinsə, verməlisən. Dalda deyə bilmərəm, üzdə nəticə verməlisən. Bu komanda Çempionlar Liqasında oynamalıdı, bəsdi, tamaşa oynatdız. Bertuççi Araza, Sadiqov Mitreskiyə qışqırır. Stamenkovıç gözünə sataşana bağırır, Nasimov gülür. Platyenin ayağına top dəymir, Nfor ehtiyatda qalanda inciyir. Bəs kim oynayacaq? Bəlkə özünüz hazırlaşasız? Dövrələrarası fasiləni komandaya ayırmayın, özünüzə ayırın. Arıqlayın, çıxıb Platyedən də, Nasimovdan da, İmamverdiyevdən də yaxşı oynayarsız.

 


Azərbaycan futbolu bölməsinin digər xəbərləri
Tarix: 02.01.14 [19:01]
Yazar: Sportinfo.Az
Vaxt: 4
Tarix: 02.01.14 [19:01]
Yazar: Sportinfo.Az
Vaxt: 1
Tarix: 02.01.14 [19:01]
Yazar: Sportinfo.Az
Vaxt: 1
Tarix: 02.01.14 [19:01]
Yazar: Sportinfo.Az
Vaxt: 1
Tarix: 02.01.14 [19:01]
Yazar: Sportinfo.Az
Vaxt: 1
Tarix: 02.01.14 [19:01]
Yazar: Sportinfo.Az
Vaxt: 3
Tarix: 02.01.14 [19:01]
Yazar: Sportinfo.Az
Vaxt: 35

"Sport Favorit" qəzeti Diger

Köşə yazarları

AFFA hazırda bir neçə klubla əməkdaşlıq planları q...
Yadınızdadısa, təxminən 18 gün öncə AFFA tender el...
Mustafa Dənizlinin gəlişindən sonra bir çoxları ki...

Xəbər xətti

24 Aprel
23 Aprel 

10:53  BALans

Sorğu

Bu il avrokuboklarda hansı klubumuzun saytı daha operativ işlədi?
"Neftçi"
"Qarabağ"
"İnter"
"Xəzər Lənkəran"

Facebook'da Diger