“Azenko” “Şahdağ”ı Premyer Liqada görmək istəyir

Tarix:  30.08.13 [19:08]          Oxunub:  551 dəfə          Yazar:  Sportinfo.Az

Qusarın “Şahdağ” klubu hələ də iddiasız olmaqda davam edir. Bu komanda 3 ildir ki, sadəcə, yerli uşaqlarla I Divizionda oynamaqla kifayətlənir. Yəni, komandanın qarşısına heç bir hədəf qoyulmayıb.

 

Lakin Sportinfo.Az-ın əldə etdiyi məlumata görə, tezliklə planlar və hədəflər dəyişə bilər.

 

Bildiyiniz kimi, bu komandaya uzun müddət “Atlant” şirkəti sponsorluq edirdi. Vüqar Pirverdiyevin klubdan uzaqlaşmasından sonra sponsorluq da “Azenko”nun əlinə keçdi. Hazırda da Qusar klubunun geyindiyi formanın qarşısında da “Azenko”nun adı yazılıb. Məhz bu şirkətin rəhbərliyi artıq himayədarlıq etdiklərin klubun iddialı olmasını istəyir.

 

Etibarlı mənbədən bizə daxil olan məlumata görə, bu mövsümdən futbolçulara verilən maaş və mükafatların miqdarı artırılacaq. Bununla da futbolçularda daha yüksək motivasiya yaratmaq nəzərdə tutulub. Tranfer pəncərəsi bağlanmaq üzrə olduğundan yeni, daha güclü transferlərin edilməsi qış transfer pəncərəsinə qalıb. Gələn mövsüm üçün isə “Şahdağ”ın hədəfləri tamam fərqli olacaq. Bu arada qeyd edək ki, artıq Şövkət Orduxanov adına stadionda da yenidənqurma işlərinə start verilməsi haqda müzakirələr gedir.


Azərbaycan futbolu bölməsinin digər xəbərləri
"Lokomotiv" və Rusiya millisinin azərbaycanlı futbolçusu Aleksandr Səmədov yerli mətbuata açıqlama verib. Sportinfo.az xəbər verir ki, Səmədov Rusiyanın AÇ-2016-nın seçmə mərhələ oyununda Avstriyaya məğlubiyyətinə bu cür açıqlama gətirib: "Millidən döndükdən sonra artıq işlərim yavaş-yavaş yerinə düşür.
Tarix: 30.08.13 [19:08]
Yazar: Sportinfo.Az
Vaxt: 18
"Kostuleni" Moldova çempionatından uzaqlaşdırılıb. Sportinfo.az xəbər verir ki, klub özü bu barədə Moldova futbol federasiyasına müraciət edib. Məlumata görə, "Kostuleni"nin oynadığı matçlardakı bütün nəticələr silinib. Klub Moldova kubokundan da kənarlaşdırılıb.
Tarix: 30.08.13 [19:08]
Yazar: Sportinfo.Az
Vaxt: 21
"Qəbələ"nin forvardı Ekiqo Ehiosun karyerasını başqa klubda davam etdirə bilər. Sportinfo.az-a daxil olan məlumata görə,nigeriyalı forvarda Türkiyədən təklilər var.
Tarix: 30.08.13 [19:08]
Yazar: Sportinfo.Az
Vaxt: 45
Tarix: 30.08.13 [19:08]
Yazar: Sportinfo.Az
Vaxt: 12
Tarix: 30.08.13 [19:08]
Yazar: Sportinfo.Az
Vaxt: 34
Tarix: 30.08.13 [19:08]
Yazar: Sportinfo.Az
Vaxt: 17
Tarix: 30.08.13 [19:08]
Yazar: Sportinfo.Az
Vaxt: 189

"Sport Favorit" qəzeti Diger

Köşə yazarları

Xəbər xətti

22 Noyabr
21 Noyabr 

17:41  FTB qorxusu

Sorğu

Sizcə, bu meymun hansı Azərbaycan klubunun rənglərində geyinib?

Facebook'da Diger