“O, "Neftçi"dən və Azərbaycan millisindən təkliflər alıb"

01:00 Neftçi 271
“O, "Neftçi"dən və Azərbaycan millisindən təkliflər alıb"

"Abdullah Avcı "Trabzonspor"dan ayrıldıqdan sonra "Neftçi"dən və Azərbaycan millisindən təkliflər almışdı".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol akademiyasının sabiq koordinatoru Önder Karaveli "Radyospor"da canlı yayımda qonaq olarkən deyib.

Abdullah Avcı ilə iki fərqli dövrdə "Başakşehir"də, həmçinin "Trabzonspor"da çalışdığını bildirən 51 yaşlı türkiyəli mütəxəssis ölkəmizdən gələn təklifin reallaşmadığını da vurğulayıb:

"Azərbaycan futbolu sevən ölkədir və inkişaf üçün imkanlar var. Əvvəllər mən də "Qarabağ"da çalışmışam. Çox sevdiyim bir ölkədir".

Önder Karaveli 2020-2021-ci illərdə Azərbaycanda çalışıb. Abdullah Avcı isə "Trabzonspor"dan 2024-cü il avqustun 31-də ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...