
Tokio Olimpiadasının gümüş mükafatçısı, güləşçi Hacı Əliyev özünü biznesdə sınamaq qərarına gəlib.
Sportinfo.az xəbər verir ki, o, dünya brendlərinin satıldığı mebel və dekor mağazası "Lorenzo Home"un sahibinə çevrilib.
Bakının Xətai rayonunda, Ağ Şəhər parkının yaxınlığında yerləşən mağazanın bu gün açılışı olub.
Əslində dizayn və interyerlə də məşğul olan "Lorenzo Home" iki ilə yaxındır fəaliyyət göstərir. Sadəcə, bundan sonra biznes H.Əliyev tərəfindən idarə ediləcək.
"Lorenzo Home" mağazasını güləşçinin özünə ad günü hədiyyəsi də saymaq mümkündür.
Hacı Əliyevin aprelin 21-də 34 yaşı tamam olacaq.